Fevralın 26da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək


Digərləri 19 Fev 2019 11:15:00 196 0

Fevralın 26da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək

"Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə" Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.

Mİlli.Az xəbər verir ki, idarədən Trend-ə verilən məlumata görə, müvafiq əmrlə təsdiqlənmiş Tədbirlər Planında ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində fevralın 26-sı ilk dərslər Xocalı soyqırımına həsr ediləcək.

Həmçinin "Xocalıya gedən yol" mövzusunda mühazirə, toplantı, "dəyirmi masa" və konfransların təşkili nəzərdə tutulur.

Bundan əlavə, "Xocalı faciəsi uşaq yaradıcılığında" mövzusunda bədii qiraət gecələri, məktəblilərin esse və inşa yazılarının təqdimatı, əl işlərindən ibarət sərgiləri təşkil olunacaq. "Xocalı harayı" mövzusunda ədəbi-bədii kompozisiyalar təşkil olunacaq, sənədli və bədii filmlər nümayiş ediləcək. Xocalı soyqırımından bəhs edən divar qəzetləri, bülleten, fotostendlər və guşələr hazırlanacaq.