Yük maşını az qala körpüdən aşacaqdı...


Digərləri 19 Fev 2019 11:19:00 219 0

Yük maşını az qala körpüdən aşacaqdı...

Bakıda səhər saatlarından başlayaraq yağan qar qəzaya səbəb olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda, 3-cü mikrorayon dairəsinin üzərindəki körpüdə baş verib. Yük maşını qar nəticəsində sürüşüb və sürücü idarəetməni itirərək maşını yolun kənarındakı beton maneəyə çırpıb.

Avtomobil ciddi əzilib.

Hadisə şahidlərinin sözlərinə görə, yük maşının körpüdən aşmaq təhlükəsi olub, lakin beton maneə bunun qarşısını alıb.


Xəbərə aid foto