Xaçmazda ərini qətlə yetirən qadının cinayət işi məhkəməyə göndərildi


Digərləri 19 Fev 2019 10:56:00 221 0

Xaçmazda ərini qətlə yetirən qadının cinayət işi məhkəməyə göndərildi

Xaçmazda qətl törətməkdə təqsirləndirilən Vüsalə Mirzəyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyul ayında Xaçmaz rayonunun Xudat şəhərində baş verib.