2 boksçumuz bürünc medal qazandı


İdman 19 Fev 2019 10:40:00 202 0

2 boksçumuz bürünc medal qazandı

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində Azərbaycan millisi 2 bürünc medal qazanıb. 

Goal.az-ın məlumatına görə, həmin medallara 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev və 75 kq çəkili Aynur Rzayeva sahib olub. Onlar yarımfinalda ABŞ təmsilçiləri Riçard Torres və Naomi Qremə uduzublar. 

Qeyd edək ki, 70-ci dəfə təşkil olunmuş turnirdə 43 ölkədən 360 boksçu mübarizə aparıb.