Ramiz Əzizbəylinin son halı: "Yaşamaq istəyir..."


Kriminal 19 Fev 2019 10:43:00 291 0

Ramiz Əzizbəylinin son halı: "Yaşamaq istəyir..."

Xalq artisti Həmidə Ömərova həmkarı Ramiz Əzizbəylini ziyarət edib.

Son.az axşam.az-a istinadən bildirir ki, aktrisa birlikdə çəkilən fotolarını sosial şəbəkədə yayımlayıb.

"Sağalacaq, inşallah... Özü də buna inanır. Yaşamaq, yaratmaq, film çəkmək, şeir yazmaq istəyir. Öz şeirlər kitabından bizə bir neçə şeir oxuyub kövrəldi. Biz də kövrəldik. Sonra təəccüblə soruşdu: "Siz niyə belə kədərlisiniz? Gəlin mahnı oxuyaq". Məlahətli, heç kiminkinə bənzəməyən titrək, həzin səsi ilə oxudu. Bizim optimist, şən, həyatsevər Ramiz Əzizbəylimiz. Allah sizə şəfa versin", - Ömərova şəklə yazıb.