Bakı-Şamaxı-Yevlax yolunda gücləndirilmiş rejim


Digərləri 19 Fev 2019 10:32:00 169 0

Bakı-Şamaxı-Yevlax yolunda gücləndirilmiş rejim

Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları həmin ərazilərdə gücləndirilmiş iş rejimində işləyir.

Bakı. Samir Əli - Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan, İsmayıllı və Ağsu aşırımı istiqamətində və Quba, Qusar, Xızı rayonları istiqamətində güclü qar yağması ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları həmin ərazilərdə gücləndirilmiş iş rejimində işləyir. Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları. Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.