Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək


Digərləri 19 Fev 2019 10:11:00 162 0

Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək

Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək.

Bakı. İlhamə İsabalayeva - “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsi barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb. İdarədən Trend-ə verilən məlumata görə, müvafiq əmrlə təsdiqlənmiş Tədbirlər Planında ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində fevralın 26-sı ilk dərslər Xocalı soyqırımına həsr ediləcək. Həmçinin “Xocalıya gedən yol” mövzusunda mühazirə, toplantı, “dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulur.