“İçərişəhər” Qoruğu İdarəsinin səlahiyyəti artırıldı


Digərləri 19 Fev 2019 10:06:00 239 0

“İçərişəhər” Qoruğu İdarəsinin səlahiyyəti artırıldı

Nazirlər Kabinetinin qərarı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə"də dəyişiklik edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli qərarı ilə təsdiq edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə"nin 3.3-cü bəndi aşağıdakı redaksiyada verilir:

"3.3. Zonadan keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, İdarə onların hərəkətini məhdudlaşdırır və ya qadağan edir".