Çempionlar Liqasında 1/8 finalın daha 2 oyunu keçiriləcək


İdman 19 Fev 2019 09:43:00 278 0

Çempionlar Liqasında 1/8 finalın daha 2 oyunu keçiriləcək

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Goal.az xəbər verir ki, günün əsas oyunu İngiltərədə baş tutacaq.

Liverpool doğma meydanda Almaniyanın Bayern Munich klubu ilə üz-üzə gələcək. Ötən mövsümün finalçısı olan İngiltərə təmsilçisi bu göstəricinin əbəs yerə olmadığını sübut etməyə çalışacaq. Münhenlilər isə səfərdən sərfəli nəticə ilə qayıtmaq niyyətindədir.

Günün digər oyunu isə Fransada olacaq. Lyon turnirin favoritlərindən hesab olunan İspaniya Barcelona-sının müqavimətini qırmağa cəhd göstərəcək. 

Bu gün keçiriləcək matçların cavab görüşləri martın 13-də olacaq.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

19 fevral

24:00. Liverpool (İngiltərə) - Bayern Munich (Almaniya)

Baş hakim: Canluka Rokki (İtaliya)

Liverpul. "Enfild Roud" stadionu

24:00. Lyon (Fransa) - Barcelona (İspaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Lion. "Olimpik Lion" stadionu