Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)


Digərləri 19 Fev 2019 09:58:00 171 0

Energetika Nazirliyində Asiya İnkişaf Bankının nümayəndə heyəti  ilə görüş keçirilib (FOTO)

Pərviz Şahbazov Asiya İnkişaf Bankının (AİB) Enerji bölməsinin direktoru Aşok Barqavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı. Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının V iclası çərçivəsində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) Enerji bölməsinin direktoru Aşok Barqavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Azərbaycanla AİB arasında energetika sahəsində mövcud əməkdaşlıq əlaqələri, bu çərçivədə həyata keçirilən elektrik şəbəkəsinin yenidən qurulması, üzən günəş panelləri sistemi ilə bağlı enerji layihələri barədə danışaraq, bankın ölkəmizin enerji sektoruna dəstəyini yüksək qiymətləndirib. Energetika naziri ölkənin bərpa olunan enerji potensialı və ondan istifadənin genişləndirilməsi istiqamətində görülən işlər, yaxın illərdə enerji istehsalında bərpa olunan enerjinin payının artırılması imkanları barədə ətraflı məlumat verib, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, xarici şirkətlər ölkəmizdə bərpa olunan enerji sektorunda əməkdaşlığa maraq göstərir. Xarici investisiyanın cəlbinə nail olmaq üçün əllverişli mühitin yaradılması vacibdir.