Canon yeni EOS RPnı təqdim etdi
Digərləri 19 Fev 2019 08:59:00 212 0
Canon yeni aynasız EOS RP-nı təqdim edir.
Son.az chip.az-a istinadən bildirir ki, bu cihaz bu günə qədər istehsal edilən ən kiçik və yüngül tam çərçivəli EOS kamera olacaq. EOS RP ailənin ən kiçik üzvüdür. Təkcə yaşca yox, həm də ölçü və qiymət baxımından.
Beləki, EOS RP-də 26,2 MP tam çərçivəli CMOS sensordan istifadə olunub. Bu sensorun arxasında EOS R kimi modellərdə də mövcud olan DIGIC 8 görüntü prosessoru var. Kameranın ISO diapazonu 100-40000 (50-102400 qədər genişlənə bilər) aralığındadır. Davamlı çəkiliş sürəti saniyədə 5 foto təşkil edir.
Dual Pixel CMOS AF avtomatik fokus sistemi 4779 avtomatik obyektə fokuslanma nöqtəsinə malikdir. Cihazın 0.39 düyüm 2.36 milyon nöqtəsi olan OLED görüntü təsbitləyicisi var. Cihaz 3 düymlük əllə idarə olunan LCD ekrana sahibdir.
Yaddaşa gəldikdə cihazda yalnız bir SD UHS-II yaddaş kart yuvası görürük. EOS RP 25 fps 4K video çəkə bilir. Bu şəkillərin rəng dərinliyi 8 bitdir. 4K videodan 8.3 MP foto tuta bilir.
EOS RP-in ölçüləri 132.5x85x70 mm olmaqla olduqca kiçik bir cihazdır. Bir SD kart və dolu batareya ilə çəkisi 485 qramdır.