Frozen 2 ən çox izlənilən animasiya fraqmenti oldu VİDEO


Digərləri 19 Fev 2019 08:31:00 245 0

Frozen 2 ən çox izlənilən animasiya fraqmenti oldu  VİDEO

Son illərdə Disney-in ən uğurlu animasiya filmlərindən olan Frozen 2 filminin fraqmenti olduqca böyük bir maraq yaradıb.

Son.az chip.az-a istinadən bildirir ki, ekranlara çıxdığı 2013-ci ildən etibarən böyük bir izləyici kütləsinə sahib animasiyanın ikinci fraqmenti yaxın vaxtlarda yayımlanaraq böyük maraqla qarşılandı.

Disney-in tweet hesabında bununla bağlı paylaşımda qeyd edilib: "Frozen 2-ni ən çox izlənilən animasiya etdiyiniz üçün bütün azarkeşlərimizə təşəkkür edirik. Yalnız 24 saat ərzində 116.4 milyon baxış ilə rekord qırdınız!"