Azərbaycan Afrikadan qoyun idxal edəcək


Digərləri 19 Fev 2019 07:45:00 306 0

Azərbaycan Afrikadan qoyun idxal edəcək

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Cənubi Afrika Respublikasında (CAR) səfərdədir.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfərdə məqsəd CAR-ın heyvandarlıq, xüsusilə qoyunçuluq sahəsi üzrə təcrübəsinin öyrənilməsidir.

Fevralın 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bu ölkədə "Dorper" cinsli qoyunların yetişdirilməsi və Azərbaycana idxalı ilə bağlı məsələləri də müzakirə edəcəklər.