ABŞda atışma nəticəsində 4 nəfər ölüb


Dünya 19 Fev 2019 07:47:00 161 0

ABŞda atışma nəticəsində 4 nəfər ölüb

Amerikanın Miçiqan ştatında baş verən atışma nəticəsində 4 nəfər ölüb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Kent dairə polisinin "Twitter" mikrobloqu məlumat yayıb.

"Kent dairə polisinin şerifi KİV-ə "19 mile Road" küçəsindəki təhqiqatla bağlı danışır. Biz 4 nəfərin öldüyünü təsdiq edə bilərik, lakin hazırda ictimai asayiş üçün təhlükənin olduğunu hesab etmirik", - deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, şerif yaxın saatlarda keçiriləcək brifinq zamanı baş verənlər haqqında ətraflı məlumat verəcək.