Siqaret çəkmək rəng korluğuna səbəb olurmuş


Digərləri 19 Fev 2019 07:55:00 237 0

Siqaret çəkmək rəng korluğuna səbəb olurmuş

ABŞ-ın Ratqers Universitetinin alimləri siqaretdən müntəzəm istifadə edənlərin səhhətində yarana biləcək problemlər barədə açıqlama veriblər.

Onların apardıqları tədqiqatlar nəticəsində məlum olub ki, gündə 20 ədəddən çox siqaret çəkən şəxslərin rəngləri bir-birindən fərqləndirmək qabiliyyəti azalır və onlar yaşlanarkən korluğa daha çox meyilli olurlar.

Son.az oxu.az-a istinadən bildirir ki, mütəxəssislər 5 il ərzində 70 siqaret aludəçisi və heç vaxt  tütündən istifadə etməmiş 70 nəfər üzərində müşahidə aparıblar.

Məlum olub ki, siqaret çəkməyənlərin görmə və rəngləri ayırd etmə qabiliyyəti daha yüksək səviyyədədir.