Hindistan hökuməti WhatsAppa giriş tələb edir


Digərləri 19 Fev 2019 07:21:00 298 0

Hindistan hökuməti WhatsAppa giriş tələb edir

"Facebook" şirkəti növbəti dəfə Hindistan hökumətinin təzyiqi ("WhatsApp" messencerində istifadəçilərin yazışmasına giriş tələb edirlər) ilə üzləşib.   Son.az ICTnews-a istinadən bildirir ki, Hindistanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi izah edib ki, cinayətkarlar qanunsuz fəaliyyətin həyata keçirilməsi, həmçinin uşaq pornoqrafiyasının yayılması üçün "WhatsApp" və ona oxşar xidmətlərdən istifadə edirlər və onları dayandırmağın yeganə yolu hüquq-mühafizə orqanlarının messencerdəki yazışmalara girişini təmin etməkdir.   "Bizi "sabahın xeyir" və boşanma kimi mesajlar deyil, yalnız cinayətləri izləmək, onların qarşısını almaq maraqlandırır" - nazirliyin nümayəndəsi "Forbes" nəşrinə deyib.   "WhatsApp" messencerində mesajlar başlanğıc ayar kimi şifrlənir və üçüncü tərəf onlara giriş əldə edə bilməz.   "Hindistan hökumətinin tələbini yerinə yetirmək qeyri-mümkündür, çünki biz xüsusi şifrləmə texnologiyasından istifadə edirik. Əks təqdirdə "WhatsApp" messencerinin arxitekturasını tamamilə dəyişmək lazım gələrdi və bu, artıq istifadəçilərin məxfiliyini qorumayan tamamilə başqa məhsul olardı" - sözügedən messencerin nümayəndəsi deyib.