Azərbaycanlı samboçu söyüşə görə adam öldürdü


Digərləri 18 Fev 2019 23:32:00 178 0

Azərbaycanlı samboçu söyüşə görə adam öldürdü

Rusiyanın Volqoqrad şəhərində 23 yaşlı azərbaycanlı samboçu Ruslan İsayev 19 yaşlı Aleksandr Babareviçi başına vurduğu bir  zərbə ilə qətlə yetirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, insident fevralın 16-da "Loft" gecə klubunun yaxınlığında baş verib. İddialara görə, azərbaycanlılarla çıxan davada Aleksandr Ruslanın qardaşını təhqir edib. Əvvəlcə şifahi mübahisə yaranıb. Daha sonra isə mübahisə qızışıb və nəticədə Ruslan özündən fiziki cəhətdən zəif olan Aleksandra yumruq zərbəsi endirib. Babareviç bir zərbə ilə asfalta yıxılıb və həyatını itirib.


Xəbərə aid foto