Mühəndislər məişət tullantılarını xizəkçilik qurğusuna çeviriblər FOTO


Digərləri 18 Fev 2019 23:29:00 198 0

Mühəndislər məişət tullantılarını xizəkçilik qurğusuna çeviriblər  FOTO

Danimarkalı mütəxəssislər məişət tullantıları zavodunu şəhərin yerli görməli məkanına çeviriblər. Belə ki, Danimarkanın paytaxtı Kopenhagendə 10 dəqiqəlik məsafədəki zavodda istifadəyə veriləcək xizəkçilik qurğusu hamının marağına səbəb olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkənin paytaxtında toplanılmış məişət tullantıları zavodunda 90 metr hündürlüyündəki futuristik bina yeni məqsədlər üçün istifadə olunacaq. Bu tikilinin xarici görkəmi xizəkçilik qurğusuna bənzəyir. Yeganə fərq ondan ibarətdir ki, bina yaşıl rəngdədir. Zavodun innovasiyası istirahət mərkəzində sadə üsulla dəyişiklikləri ehtiva edir. Beləliklə, Kopenhill adlanan xizəkçilik trasının yeni qonşusu olacaq. Bu, 10 min kvadratmetrə yaxın səthi olan və məişət tullantılarının utilizasiyası üçün nəzərdə tutulan qurğusunun aşağı hissəsində yerləşəcək.

Danimarkalı arxitektor Byarke İnqelsin hazırladığı bu layihə üzrə yaxınlıqda fəaliyyətini davam etdirəcək zavod da Kopenhagenin karbon qazından təmizlənməsi funksiyasını davam etdirəcək.

"Düşünürəm ki, mənim bu layihəm hamını maraqlandırır və insanlar xizəkçilik qurğusunun səthinin qar deyil, məişət tullantıları olduğunu öyrənəndə daha çox heyrətlənirlər. Bu, quru yaşıl materialdır. Xizəklə onun üzərində 2-3 dəfə sürüşdükdən sonra sizə elə gələcək ki, siz qarın üzərində hərəkət edirsiniz", - deyə mühəndis əlavə edib.


Xəbərə aid fotolar