İnəklərlə toqquşan sürət qatarı xarab oldu


Digərləri 18 Fev 2019 22:53:00 201 0

İnəklərlə toqquşan sürət qatarı xarab oldu

Hindistanda yeni sürət qatarı istismara verildikdən bir gün sonra inək sürüsü ilə toqquşduğundan qəzaya düşüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni sürət qatarı baş nazir Narendra Modinin iştirakı ilə xüsusi mərasimlə paytaxt Dehlidən yola düşüb. Bir gün sonra isə geri qayıdan qatarın qarşısına inək sürüsünün çıxdığı, elektrik və əyləc sisteminin qırıldığı iddia edilir. Ancaq qatara baxış zamanı hər hansı heyvan sürüsü ilə toqquşma halı qeydə alınmayıb. 

Rəsmilər isə bununla razılaşmır və öz versiyalarında təkid edirlər.