Uşağın çəkisi niyə artmır? 3 səbəb


Digərləri 18 Fev 2019 22:56:00 242 0

Uşağın çəkisi niyə artmır?  3 səbəb

Uşağın çəkisinin defisiti "hipotrofiya" adlanır. Uşaqda hipotrofiya olduqda onun orqanizmində olan orqan və sistemlərinin inkişafı gecikmiş olur, uşaq tez-tez infeksion xəstəliklərinə tutulur.

Hipotrofiyanın ağır formaları hətta uşağın həlak olmasına səbəb ola bilər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, 1-ci dərəcəli hipotrofiya xüsusi pəhrizlərin köməyi ilə ev şəraitində müalicə olunur. 2-ci və xüsusən 3-cü dərəcəli hipotrofiya ciddi problem hesab olunur və, adətən, xəstəxana şəraitində müalicə olunur.

Çəki artımının pis olmasının 3 qrup səbəbi olur. Birinci qrup səbəblər - qeyri-adekvat, balanslaşdırılmamış qidalanma. Ana südü ilə qidalanan uşaqlara ananın südü, sadəcə olaraq azlıq edə bilər, yəni ananın südü uşağa tələb olunan miqdardan az ola bilər. Bu halda uşağın çəkisi kifayət qədər artmır, o çox zaman narahat, ac olur, qida qəbulları arasında minimal fasiləyə də (2,5 saat) tab gətirmir. Ana südünün çatmadığı aşkar edildiyi hallarda uşağa əlavə qida (ana südünü əvəz edən adaptasiya olunmuş qida qarışığı) verilməlidir. Uşaqda çəki artımının az olmasının digər səbəbi - əlavə qidalanmanın gecikdirilməsidir (əlavə qidaların verilməsinin optimal müddəti - uşağın 5 aylığındandır).