Bakıda 26 yaşlı gənc itkin düşüb


Digərləri 18 Fev 2019 22:35:00 176 0

Bakıda 26 yaşlı gənc itkin düşüb

Bakıda gənc itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Qaradağ rayonunda baş verib.

Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan Yasəmən Qurban qızı Nəbiyeva polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan oğlu, 1993-cü il təvəllüdlü Gülşad Akif oğlu Nəbiyev fevralın 12-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb.