Vegeterian qadınlar hamilə vaxtı necə qidalanmalıdır? Həyat tərzini dəyişməyə ehtiyac yoxdur


Digərləri 18 Fev 2019 22:26:00 225 0

Vegeterian qadınlar hamilə vaxtı necə qidalanmalıdır?  Həyat tərzini dəyişməyə ehtiyac yoxdur

Hamiləlik zamanı ana orqanizminin qidalı maddələrə olan təlabatı artır. Ana bu dövrdə daha çox enerji və qidalanmaya ehtiyac duyduğuna görə fərqli qidalanmalıdır. Qadının lazımi qədər qidalanmaması onun çəkisinin azalmasına səbəb olur ki, bu da anemiya, diş çürüməsi, sümük zəifləməsi kimi xəstəliklərə yol açır.

Vegeterian qidalanma tərzinə malik olan qadınlar hamiləlik zamanı daha çox çətinliklərlə üzləşirlər. Buna görə də onlar qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. 

Son.az medicina.az-a istinadən vegeterian qadınlara ana olarkən nə ilə qidalanmalı olduqlarını açıqlayır: 

1) Süd və yumurta 

Kalsium və B12 vitamini həm ama həm də körpə üçün çox önəmlidir. Vegeterian anaların hamiləlik boyunca bu maddələri almaları çox asandır. Yumurta, süd və süd məhsulları vegeterian analar üçün ən yaxşı qida hesab edilə bilər.