Avstraliya parlamentinin kompüter şəbəkəsinə haker hücumu bir neçə partiyanı da əhatə edib


Dünya 18 Fev 2019 22:17:00 239 0

Avstraliya parlamentinin kompüter şəbəkəsinə haker hücumu bir neçə partiyanı da əhatə edib

Avstraliyanın parlamentinə təşkil edilən haker hücumu bir neçə siyasi partiyanı da əhatə edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Skott Morrison Avstraliya nümayəndələr palatasında çıxışı zamanı bildirib.

Xatırladaq ki, bu yaxınlarda Avstraliya federal parlamentinin kompüter şəbəkəsinə edilən haker hücumundan sonra bütün deputatlar parollarını dəyişmək məcburiyyətində qalmışdı.

"Bu yaxınlarda Avstraliya İnformasiya Təhlükəsizliyi Mərkəzi parlamentin kompüter şəbəkəsinə zərərli müdaxiləni aşkar edib. Həmin hadisə zamanı biz bir neçə siyasi partiyanın - Liberallar, Leyboristlər və Milli partiyaların şəbəkələrinin də zərər çəkdiyini müəyyən etdik", - deyə S.Morrison qeyd edib.