Böyrəklərini sağlam saxlamaq istəyənlər bu qidaları azaltmalıdır


Digərləri 18 Fev 2019 22:02:00 262 0

Böyrəklərini sağlam saxlamaq istəyənlər bu qidaları azaltmalıdır

Böyrəklər orqanizmin filtridir, qanı təmizləyir, bədəndən toksin və digər ziyanlı maddələri xaric edir.

Böyrək xəstəlikləri bütün dünyada və o cümlədən bizim ölkədə ən yayılmış xəstəliklərdən sayılır.  Böyrəklərin sağlamlığının qorunmasında qidalanma vərdişləri çox böyük rol oynayır. Bəzi məhsullardan sui-istifadə böyrəklərin sağlamlığına ciddi ziyan vurur, böyrək xəstəliklərinin riskini artırır.

Bu məhsullar arasında:

1. Duzlu məhsullar (fast-fud yeməkləri, sosis-kolbasa, konservlər və s.)

Son.az saglamolun.az-a istinadən bildirir ki, duz orqanizmdə mayeni saxlayır və bu da böyrəklərin həddindən artıq yüklənməsinə səbəb olur.

2. Heyvan zülalı ilə zəngin olan qidalar (ət, ət bulyonu)

Zülalın orqanizmə daim daxil olunması çox vacibdir. Lakin zülalın lazım olnadan çox miqdarda qəbulu böyrəklərə ziyan vurur, böyrəklərdə daşların əmələ gəlməsi riskini artırır. Zülalı yeməklərin spirtli içkilərlə birlikdə istehlakı xüsusilə ziyanlı sayılır ki, bu zaman böyrəklərdə daşların inkişafı riski dəfələrlə artır.