ABŞda 100 milyonluq layihələrlə çalışan azərbaycanlı xanım FOTO


Digərləri 18 Fev 2019 22:08:00 388 0

ABŞda 100 milyonluq layihələrlə çalışan azərbaycanlı xanım  FOTO

Nərmin Baazova yəhudi mənşəli Azərbaycanlıdır. Hazırda ABŞ-ın Nyu York şəhərində ailəsi ilə birlikdə yaşayır.

Son.az moneta.az-a istinadən bildirir ki, o, Bakı şəhərində anadan olub. Orta təhsilin 1-9-cu sininflərini 23 nömrəli orta məktəbdə oxuyub. 10-11-ci sinifləri isə, "Vaad L'Hatzolas" adlı yəhudi məktəbində oxuyub. Orta məktəbi 2008-ci ildə bitirdikdən sonra, ali təhsilini Maliyyə və Kredit ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində davam etdirib. ABŞ-da qohumları yaşadığından hər il bu ölkəni ziyarət edirdi. 2012-ci ildə universiteti bitirdikdən sonra, ailəsi ilə birlikdə ABŞ-ın Nyu York şəhərinə köçüb.

Azərbaycanda iş təcrübəsinin olmamasına baxmayaraq, ABŞ-a köçəndən sonra böyük iş təcrübəsi qazanıb. Əmək fəaliyyətinə mühasib köməkçisi kimi başlayıb. Daha sonra, 2014-cü ilin aprel ayından 2015-ci ilin dekabr ayına kimi "İnvestors Bank"da maliyyə xidmətləri üzrə nümayəndə kimi çalışmışdır. Bankda işlədiyi ilk 6 ay ərzində "İnvestors Bank"ın təkcə Nyu York ştatında deyil, bankın bütün ölkə üzrə filialları arasında müştərilər tərəfindən onun xidməti ən yüksək balla qiymətləndirilmişdir.

Nərmin xanım işləməklə yanaşı təhsilə də böyük önəm verir və 2013-2015-ci illərdə ABŞ-ın məşhur universiteti olan Kolumbiya Universitetində Bankçılıq və Maliyyə üzrə MBA təhsili almışdır. O, MBA təhsilini başa vurduqdan sonra, ABŞ-ın San Fransisko şəhərində "İndexBox" şirkətində 3 ilə yaxın Müştərilərlə Əlaqələr üzrə Menecer vəzifəsində çalışmışdır. 2019-cu ilin fevral ayından "Global İnvestment Projects"də İnvestisiya Layihələri üzrə Menecer vəzifəsində çalışır.

- Nərmin xanım, hazırda gördüyünüz iş haqqında məlumat verə bilərsiniz?


Xəbərə aid fotolar