Güclü qida psixikanı depressiyadan qoruyur


Digərləri 18 Fev 2019 21:59:00 231 0

Güclü qida psixikanı depressiyadan qoruyur

Qərbi Sidney Universitetinin mütəxəssisləri bildiriblər ki, psixikanı sağlamlaşdırmaq və depressiyaya düşməmək üçün insanın xüsusi pəhrizə ehtiyacı yoxdur. Qida rasionunu hər hansı şəkildə yaxşılaşdırmaq bu baxımdan daha faydalıdır. Son.az AZƏRTAC-a istinadən bildirir ki, 45 826 insanın iştirakı ilə tədqiqatların meta-təhlil məlumatları bunu göstərir.

Avstraliyalı tədqiqatçılar müxtəlif pəhrizlərin depressiya və həyəcan hissinə təsirinin yoxlanıldığı bütün klinik sınaqlar barədə indiyədək mövcud olan məlumatları toplayıblar. Nəticədə alimlər bu qənaətə gəliblər ki, psixikanı xoşagəlməz əlamətlərdən qorumaq üçün müəyyən pəhrizə əməl etməyə ehtiyac yoxdur. Bunun üçün qidalanmanı yaxşılaşdırmaq kifayətdir.

Bəs mütəxəssislər "güclü qida" anlayışını necə başa düşürlər?