“Pole Çudes”in yeməli hədiyyələri hara gedir?


Dünya 18 Fev 2019 21:47:00 265 0

“Pole Çudes”in yeməli hədiyyələri hara gedir?

Rusiyanın Birinci telekanalının efirində "Pole Çudes" proqramına gətirilən yeməli hədiyyələrin çəkilişdən sonrakı "aqibəti" ilə bağlı görüntü yayılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, görüntüləri "RİA Novosti" yayıb.

Proqramın sonunda çəkilmiş kadrlarda, hədiyyələrin səhnə arxasına aparılmadığını və studiyanın qonaqları üçün ortaya qoyulduğunu görmək olur. Onlar bu təamlardan özləri ilə istədikləri qədər apara bilirlər.  

Videoyazı sosial şəbəkələrin Rusiya seqmentində geniş müzakirələrə səbəb olub.