Honkonqda "ağıllı" həbsxanalar hazırlanır


Digərləri 18 Fev 2019 21:50:00 242 0

Honkonqda "ağıllı" həbsxanalar hazırlanır

Honkonq İslah Xidməti İdarəsi "ağıllı" həbsxanalar hazırlamaq niyyətini elan edib. Belə həbsxanalarda avtomatlaşdırılmış sistemlər məhbusların izlənməsi prosesinin bir hissəsini öz üzərinə götürəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeni sistem cəzaların çəkilməsini daha effektiv, insanların həbsxanada olmasını daha təhlükəsiz etməyə imkan verəcək. Bundan başqa, nəzarətçilərin xidməti daha təhlükəsiz olacaq.

Cəzaçəkmə müəssisələrində əsas çətinlik məhbuslara nəzarət edilməsidir, onların sayı bəzən nəzarətçilərin sayını ötə bilər. Honkonq həbsxanalarında nəzarətçilər xidmətinin asanlaşdırılması üçün bir neçə "ağıllı" sistem quraşdırmaq planlaşdırılır.