Sabah saat 13:07ə HAZIR OLUN! Nadir hadisə BAŞ VERƏCƏK


Digərləri 18 Fev 2019 21:32:00 245 0

Sabah saat 13:07ə HAZIR OLUN!  Nadir hadisə BAŞ VERƏCƏK

Sabah Ay Yerə ən yaxın məsafədə olacaq və Super Ay müşahidə ediləcək.

Son.az bildirir ki, bu barədə publika.az-a AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, Ay Yerə əksər hallarda ildə bir dəfə, bəzi hallarda iki dəfə ən yaxın məsafədə olur:

"Ayın Yer ətrafında hərəkəti dartılmış orbit üzrədir. Onun 27 gün davam edən fırlanması zamanı bir dəfə ən yaxın, bir dəfə isə ən uzaq məsafədə olur. Ayın Yerə minimal yaxınlaşmasına perigey, maksimal uzaqlaşmasına isə apogey deyilir. Bədirlənmiş Ay perigey nöqtəsindən keçən vaxtlara düşürsə, bu hallarda Super Ay müşahidə edilir. Sonuncu dəfə bu hadisə ötən il yanvarın 1-də müşahidə edilmişdi, bu il isə fevralın 19-na təsadüf edəcək. Proses Bakı vaxtı ilə 13:07-də baş verəcək. Sabah 19:07-də Ay tam bədirlənəcək. Bununla da tam dolu ay müşahidə edəcək".