Cəmil Həsən Almaniyaya təslim ediləcək?


Dünya 18 Fev 2019 21:26:00 250 0

Cəmil Həsən Almaniyaya təslim ediləcək?

Almaniyanın xarici siyasət idarəsi Suriya aviasiya əks-kəşfiyyatının başçısı Cəmil Həsənin ekstradisiyası ilə bağlı Livana müraciət göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Almaniyanın baş prokuroru Peter Frank Həsən barəsində məhbusların işgəncəsində və ölümündə bilavasitə iştirak ittihamı irəli sürüb. Bu ittiham "insanlığa qarşı cinayət" əməli kimi tövsif edilir.

Hazırda C.Həsən Livandadır. O, buraya müalicə almaqdan ötrü gəlib. Bununla belə, Berlində Beyrutun müraciətə müsbət reaksiya verəcəyinə az ümid edirlər.