Salyanda oğru kürəkən tutuldu


Digərləri 18 Fev 2019 21:16:00 219 0

Salyanda oğru kürəkən tutuldu

Salyanda kürəkən qayınatasına məxsus qaramal cinsli heyvan oğurlayıb.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, rayonun Kürqaraqaşlı kənd sakini Gülağa Salman oğlu Salmanov polis şöbəsinə müraciət edərək, ona məxsus 2500 manat dəyərində 1 baş iribuynuzlu qaramal və onun 500 manat dəyərində olan 5 aylıq balasının oğurlanması barədə şikayət ərizəsi ilə müraciət edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, rayonun Arbatan kəndində yaşayan Rəhimov Rabil Qəribağa oğlu, tanışı - Lerik rayonunun Züvüç kənd sakinləri Quliyev Müşfiq Şirməmməd oğlu və qardaşı Quliyev Xoşbəxt Şirməmməd oğlu Masallıda heyvan bazarında oğurladıqları qaramalı satmaq istəyərkən saxlanılıb.


Xəbərə aid foto