Britaniya XİN: qarşılıqlı etimad olmadan Brexit probleminin həlli mümkün deyil


Dünya 18 Fev 2019 21:20:00 337 0

Britaniya XİN: qarşılıqlı etimad olmadan Brexit probleminin həlli mümkün deyil

Brexit ətrafında yaranmış vəziyyəti yalnız Böyük Britaniya və Avropa İttifaqı hakimiyyət orqanlarının qarşılıqlı etimadı sayəsində siyasi dalandan çıxarmaq mümkündür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Britaniyanın xarici işlər naziri Ceremi Hant Avropa İttifaqı ölkələrinin XİN rəhbərləri ilə görüşü ərəfəsində deyib. Nazirin sözlərinə görə, hazırda Brexit məsələsini müzakirə etmək üçün həlledici məqam yetişib və tərəflər Britaniya parlamentinin dəstəyini qazanacaq yolun tapılacağına ümid bəsləyir.

"Lakin bunun üçün etimad lazımdır, çünki burada növbəti 25 il ərzində Böyük Britaniyanın avropalı qonşuları ilə münasibətlərdən söhbət gedir", - deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.

Fevralın 14-də Britaniya parlamenti Baş nazir Tereza Meyin Brexitin reallaşdırılması təklifini dəstəkləməkdən imtina etdikdən sonra həm Britaniya iqtisadiyyatı, həm də qitədəki ixracatçılara mənfi təsir göstərə biləcək sazişsiz Brexit ehtimalı artıb. Səsvermə simvolik xarakter daşısa da, vəziyyətin bu cür inkişafı Brexitin reallaşdırılması məsələsində Nazirlər Kabinetinə əlavə təzyiq kimi qiymətləndirilir.