Süni intellekt "feyk xəbərlər" yazmağı öyrənib


Digərləri 18 Fev 2019 21:07:00 226 0

Süni intellekt "feyk xəbərlər" yazmağı öyrənib

"OpenAI" qeyri-kommersiya tədqiqat təşkilatı "feyk xəbərlər"in hazırlanması üçün "GPT2" adlı süni intellekt yaradıb. Neyron şəbəkəsi xəbərlərin hazırlanması keyfiyyəti üzrə mövcud mətn generatorlarını 12 dəfə üstələyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "GPT2" süni intellekti 40 QB tutumunda məlumat massivi üzərində öyrədilib - neyron şəbəkəsinə 10 milyon ingilisdilli məqalə və xəbər yüklənilib. Sistem verilmiş mövzu üzrə mətn hazırlamaq qabiliyyətinə malikdir və bir abzas üzrə mətnin stilistikasını tanıyır.