DİQQƏT! Bakıda bu yollarda sürət həddi endirildi


Digərləri 18 Fev 2019 20:51:00 242 0

DİQQƏT! Bakıda bu yollarda sürət həddi endirildi

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Son.az-a verilən məlumata görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir: