Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib


Digərləri 18 Fev 2019 20:48:00 216 0

Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar sürət həddi 20 km/saat endirilib.

Bakı. Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir: