Saatlıda mal-qara oğruları saxlanıldı


Digərləri 18 Fev 2019 20:27:00 245 0

Saatlıda mal-qara oğruları saxlanıldı

Saatlıda mal-qara oğruları saxlanılıb

Bakı. Samir Əli - Saatlıda mal-qara oğruları saxlanılıb. DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, Saatlı rayonu Gomuşçu kənd sakini Feyzulla Hüseynov fevralın 14-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək kəndin çöl sahəsindən ona məxsus 21 baş iri və xırdabuynuzlu heyvanın oğurlandığını bildirib. Saatlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Sakin Sarıyev və Sahil Abbasov saxlanılıb.