Xəsarətsiz istehsal sahəsini necə yaratmaq olar


Digərləri 18 Fev 2019 19:53:00 196 0

Xəsarətsiz istehsal sahəsini necə yaratmaq olar

Yeni texnologiya, istehsal üsulları və müasir avadanlıqlar olsa da, insanların təhlükəsizliyi məsələsi öz önəmini itirmir.

Bakı. Yeni texnologiya, istehsal üsulları və müasir avadanlıqlar olsa da, insanların təhlükəsizliyi məsələsi öz önəmini itirmir. Bu məsələ istər işəgötürəndən, istərsə işçidən ayrıca məsuliyyət tələb edir. Istehsalatda bədbəxt hadisələrin səbəbləri hansılardı? İş qəzaları necə törənir? İşəgötürən sağlam və təhlükəsiz iş şəraiti yaratmayanda, həmçinin əməkdaşlar da ehtiyatsız davrananda, əməyin mühafizəsi ilə bağlı tələblərə laqeyd yanaşanda və təbii ki, fərdi mühafizə vasitələrindən yararlanmayanda. Özəlliklə tikinti və istehsal sahələrində belə hallara rast gəlinir. Digər əsas səbəblərdən biri də iş yerində risklərin sistematik qiymətləndirilməməsi və ya qiymətləndirmə bacarığının olmamasıdır ki, bu da bədbəxt hadisələrin yaranmasına gətirib çıxarır. Elə bu səbəbdən son illərdə Holcim şirkətində iş yerində risklərin qiymətləndirilməsilə bağlı geniş nəzəri və praktik təlim proqramları keçirilir.