Azərbaycan komandası bədii gimnastika üzrə “Grand Prix” yarışlarında 5-ci olub


Digərləri 18 Fev 2019 19:41:39 190 0

Azərbaycan komandası bədii gimnastika üzrə “Grand Prix” yarışlarında 5-ci olub

Moskvada bədii gimnastika üzrə “Grand Prix” yarışları baş tutub.

Bakı. Moskvada bədii gimnastika üzrə “Grand Prix” yarışları baş tutub. Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmizi bu turnirdə qrup hərəkətləri proqramında 2-ci heyətli komandamız təmsil edib. Simarə Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova, Ayna Cəfərova və Humay Əliyevadan ibarət qrup komandası həm 4 gürz-3 halqa, həm də 5 topla çıxışlarına görə finala vəsiqə qazanıblar. Qızlarımız hər iki çıxış üzrə final mərhələsində 6-cı olublar.