Köçəryanın oğluna ölkədən çıxış qadağan edildi


Dünya 18 Fev 2019 19:29:00 197 0

Köçəryanın oğluna ölkədən çıxış qadağan edildi

Ermənistanın eks-prezidenti Robert Köçəryanın böyük oğlu Sedrak çirkli pulların yuyulması və vergidən yayınmada ittiham olunub.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Sedrak Köçəryanın özü jurnalistlərə açıqlamasında deyib. O, ittihamı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin irəli sürdüyünü bildirib.

Sedrak ondan ölkəni tərk etməmək haqqında iltizam alındığını vurğulayıb.