41 yaşlı kişi arvadını 70 yaşlı qonşusu ilə tutdu


Kriminal 18 Fev 2019 19:14:00 327 0

41 yaşlı kişi arvadını 70 yaşlı qonşusu ilə tutdu

Gədəbəy rayonunda arvadını xüsusi amansızlıqla öldürməyə cəhddə və qonşusunu döyməkdə təqsirli bilinən Əlviz Əsgərovun barəsində olan ibtidai istintaq başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə məlum olacaq.

İttihama görə, 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Əlviz Əsgərov həyat yoldaşı, 1977-ci il təvəllüdlü Könül Allahverdiyevanı baltalayıb.

O, daha sonra qonşusu, 1949-cu il təvəllüdlü Firudin İsmayılovu yaxınlıqdakı meşədə ağac parçası ilə döyərək, ona ağır xəsarətlər yetirib.

Hər iki yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Məlumata görə, qadına sol yuxarı ətrafın çapılmış və sınmış yarası diaqnozu qoyulub və onun vəziyyəti ağırdır.

Eyni zamanda ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ağır əzilmiş və çapılmış xəsarətlər alan Firuddin İsmayılovun da vəziyyəti ağır qiymətləndirilir.