99 dövlət əmlakı özəlləşmədə - VAXT (FOTO)


Digərləri 18 Fev 2019 19:18:00 168 0

99 dövlət əmlakı özəlləşmədə - VAXT (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri martın 19-da keçiriləcək.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri martın 19-da keçiriləcək. Komitədən Trend-ə verilən məlumata görə, bu dəfə hərraca ümumilikdə 99 dövlət əmlakı çıxarılıb. Onlardan 57-si kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 2-si yarımçıq tikili, 20-si səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsidir. Bərdə, Goranboy, Lerik, Salyan kimi rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Hərraca “Şəki Tikinti Quraşdırma”, “Oğuz Kəndkimya”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri çıxarılıb.