“Atəşgah” mediada ən aktiv sığorta şirkəti seçilib


Digərləri 18 Fev 2019 18:58:40 194 0

“Atəşgah” mediada ən aktiv sığorta şirkəti seçilib

Media Consulting & Services media monitorinq qrupu 2019-cu ilin yanvar ayında sığorta şirkətlərinin media aktivliyi üzrə reytinqini təqdim edib.

Bakı. Media Consulting & Services media monitorinq qrupu 2019-cu ilin yanvar ayında sığorta şirkətlərinin media aktivliyi üzrə reytinqini təqdim edib. “Atəşgah” Sığorta Şirkətindən Trend-ə verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Hesabata əsasən yanvar ayında sığorta sektoru üzrə mediada ən aktiv şirkət “Atəşgah” Sığorta Şirkəti olub. Şirkət 176 xəbərlə reytinqdə birinci yerdə qərarlaşıb.