Polis zabiti “50 Cent”in güllələnməyini əmr edib


Digərləri 18 Fev 2019 18:49:00 208 0

Polis zabiti “50 Cent”in güllələnməyini əmr edib

Nyu-York Polis Təşkilatı məşhur reper "50 Cent"i ölümlə hədələyən bruklinli polis zabiti Emanuel Qonzalesi axtarır.

Son.az axşam.a-a istinadən xəbər verir ki, Sanset Park bölgəsində rəis müavini olan şəxs 7 iyun 2018-ci il tarixində "50 Cent"in güllələnməsi üçün əmr verib.

Bununla bağlı reperin özü İnstaqramda post paylaşaraq məlumat yayıb. Nyu-York Polis Təşkilatı isə məsələnin araşdırıldığını söyləyib.