Ebru Gündeşi Bakıya gətirmək adı ilə dələduzluq edən müğənniyə


Digərləri 18 Fev 2019 18:39:00 265 0

Ebru Gündeşi Bakıya gətirmək adı ilə dələduzluq edən müğənniyə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Vəlizadə 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, "Velizade production"ın rəhbəri, müğənni T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.