Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı


Digərləri 18 Fev 2019 18:34:00 210 0

Məhkəmə insan alverinə görə həbs olunan 26 yaşlı qadını azadlığa buraxdı

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə G.Hüseynova barəsində şərti cəza təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.