Ərəblər xəbəri yalanladı


İdman 18 Fev 2019 18:29:00 224 0

Ərəblər xəbəri yalanladı

Mətbuatda Səudiyyə Ərəbistanı vəlihədi Məhəmməd bin Salmanın Manchester United-i almaq istədiyi xəbəri yayılıb.

Goal.az xəbər verir ki, ölkənin informasiya naziri Turki əl-Şabban xəbəri təzib edib. “Belə bir şey yoxdur. Tamamilə yanlış xəbərdir. Klub olkəmizin Dövlət Səhm Fondu ilə sponsorluqla bağlı danışıqlar aparıb. Lakin razılıq əldə edilməyib”, - nazir bildirib.

Mətbuat vəlihədin Manchester United-i 4,3 milyarda avroya almaq istədiyini bildirmişdi. “Qırmızı şeytanlar” İngiltərə çempionatında 26 turdan sonra dördüncü yerdədir. Lider Liverpool-dan 14 xal geri qalır.