Bakıda 3,3 milyon manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı


Digərləri 18 Fev 2019 18:19:00 250 0

Bakıda 3,3 milyon manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Xəlilovun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün onun işinə xitam verilib. Təqsirləndirilən şəxs məhkəmə zalında azadlığa buraxılıb.

İttiham aktına əsasən, E.Xəlilov 1996-1999-cı illərdə hazırkı məzənnə ilə dövlətə, ümumilikdə, 3 milyon 381 min AZN zərər vurub.