ƏƏSMN "Uğur-2018" milli mükafatına layiq görülüb (FOTO)


Digərləri 18 Fev 2019 18:17:00 228 0

ƏƏSMN "Uğur-2018" milli mükafatına layiq görülüb (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Uğur-2018" Milli Mükafatına layiq görülüb

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) "Uğur-2018" Milli Mükafatına layiq görülüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, ƏƏSMN “Consulting&Business” jurnalı tərəfindən “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətlərə görə” nominasiyası üzrə “Uğur-2018” Milli Mükafatına layiq görülüb. Mükafat nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbova təqdim edilib. Tədbirdə bildirilib ki, mükafatın əsas məqsədi uğurlu iş təcrübələri ilə seçilən qurumların, şirkətlərin nailiyyətlərini qiymətləndirmək və cəmiyyətin diqqətinə çatdırmaqdır. ƏƏSMN-nin “Uğur-2018” Milli Mükafatına layiq görülməsinin əsasında 2018-ci ildə nazirliyin həyata keçirdiyi mühüm sosial müdafiə və aktiv məşğulluq tədbirləri, əhaliyə xidmətllərin müasir iş prinsiplərinə uyğun və şəffaf təşkili üçün aparılan islahatlar dayanır. F.Talıbov Preziden İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirlik tərəfindən əmək, məşğulluq, sosial müdafiə sahələrində şəffaflıq və sosial ədalət, innovativ yanaşma prinsiplərinin təmin olunmasına yönələn geniş miqyaslı islahatlar proqramı, sosial müdafiə və aktiv məşğulluq tədbirləri barədə məlumat verib. O, ƏƏSMN-nin “Uğur-2018” Milli Mükafatına layiq görülməsinə görə ““Consulting&Business” jurnalının İdarə Heyətinə minnətdarlığını ifadə edib.