Dibala Bayer Münich-in hədəfində


İdman 18 Fev 2019 16:52:00 264 0

Dibala Bayer Münich-in hədəfində

Juventus-un forvardı Paulo Dibala karyerasını Almaniyada davam etdirə bilər.

Goal.az xəbər verir ki, Bayern Münich yaxın günlərdə argentinalıya təklif göndərəcək. Münhen klubunun rəsmisi Karl-Xaynç Rummenige transferdə maraqlıdır. Keçid 110 milyon avroya başa gələcək. Dibalanın indiki sövdələşməsi 2022-də başa çatır. 22 yaşlı futbolçu cari mövsümdə İtaliya A seriyasında 21 oyunda 3 qol vurub, 6 qol ötürməsi verib.