AZƏRBAYCANDA uşaqlarına Təkər, Arenda, Cahardəst, Lada adlarını qoymaq istəyənlər var


Digərləri 18 Fev 2019 16:47:00 207 0

AZƏRBAYCANDA uşaqlarına Təkər, Arenda, Cahardəst, Lada adlarını qoymaq istəyənlər var

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına yenidoğulan uşaqlara Təkər, Arenda, Mirasoel, Rozef, Cahardəst adlarının, eləcə də qız uşaqlarına oğlan adlarının qoyulması üçün müraciətlər edilib.

Son.az bildirir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Sədr müavininin sözlərinə görə, bununla yanaşı, uşaqlarına Jozefina, Rac (hind adı), Makvin (maşınlarla bağlı cizgi filmin qəhrəmanı olan maşının adı), Lada (maşın markası) adı, o cümlədən Əhsən adı əvəzinə Ahsən, Əzizə əvəzinə Aziza qoymaq istəyənlər olub.

S.Sadıqova qız uşaqlarına Ramin, Amir kimi oğlan adlarını qoymaq istəyən valideynlərin olduğunu və bununla bağlı müraciətlərin edildiyini də açıqlayıb.